Xose Antonio Reyes öldü

1 İyun 2019 17:51 (UTC+04:00)

"Arsenal", "Real", Sevilya klublarının və İspaniya yığmasının hücuma meyilli keçmiş yarımmüdafiəçisi Xose Antonio Reyes ölüb. SİA xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşlı futbolçu yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

A.Reyes İspaniya yığmasının heyətində 21 oyuna 4 qol vurub.