Bu gün Heydər Əliyev Fondu tərəfindən Lənkəran şəhərinin “Şah” şadlıq sarayında Ramazan bayramı ilə əlaqədar iftar sürfəsi açılıb. SİA-nın xəbərinə görə, rayonda yaşayan şəhid ailələri üzvlərinin, əlil şəxslərin, müharibə veteranlarının, din xadimlərinin və mömin şəxslərin, ümumilikdə 350 nəfərin iştirak etdiyi iftar süfrəsində xeyriyyəçilik aksiyalarının keçirilməsində və sosial qayğıya ehtiyacı olan insanlara köməkliyin göstərilməsində Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanlın həyata keçirdiyi ibrətamiz layihələr yüksək dəyərləndirilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğu qeyd olunub, ölkəmizə əmin-amanlıq və sülh arzulanıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Sərraf Mirsəfəroğlu