Berdıməhəmmədov Medvedyevə küçük bağışladı VİDEO

1 İyun 2019 11:32 (UTC+04:00)

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov MDB dövlət başçılarının Aşqabaddakı toplantısında iştirak edən Rusiya baş naziri Dmitri Medvedyevə küçük bağışlayıb. SİA-nın verdiyi məlumata görə, baş nazirin qaldığı otelə gələn prezident onu antik QAZ-21 “Volqa” avtomobilində gəzintiyə aparıb, daha sonra onlar prezident adminstarsiyasına gəliblər.

Türkmənistanın dövlət başçısı burada Rusiya baş nazirinə alabay cinsindən küçük hədiyyə edib.

Qurbanqulu Berdiməhəmmədov 2017-ci ildə Rusiya Prezidenti Vladimir Putinə də küçük bağışlamışdı.