Səni tanıdığım üçün çox xoşbəxtəm

31 May 2019 15:48 (UTC+04:00)

Sən kimlərinsə oxuya bilmədiyi dərin və dəyərli bir kitab idin. Mənəviyyatı, əxlaqı, idrakı ölçüyəgəlməz,cəkisi bilinməz biri idin mənim Rəhiməm. Sən zəhmətdən əbədiyyətə axan Nur çayısan. Doğman olaraq sevinirəm və rahatam ki, Sənin nur çayından mənə də pay düşüb. Səni tanımışam. Səndən keçmişdə danışmaq çox ağırdır. Sənli günlərimlə baş- başa göz yaşlarımın yanğısı ilə sızlayan ürəyimdə elə hey Səninlə danışıram ... Suallarım cavabsızdır... Sənin yoxluğun isə bir həqiqətdir.

Allah Sənə rəhmət eləsin Rəhimə xanım!

Sənin yoxluğunda sızlayanlardan birinin həm sirdaşın, həm bacın, həmdə əmin qızı İradə Talıblının ürək ağrısı ilə misralara düzdüyü söz incisini- elegiyasını Səni sevənlərə təqdim eləyirəm.

Elmira Yaqubova

Yazıçı-publisit

Sənin yoxluğunda

(Mərhum bacım Rahimə xanıma ithaf edirəm)

Darıxıram...

Gözüm səni axtarır, baxıram sağa-sola.

Gözlərimdə qəm, kədər dilimdə min bir sual.

Ürəyimdə götür-qoy.

Düşünürəm...

Səninlə olanları bir də və bir də bir də keçən günlərimizi.

Həm qohumum , rəfiqəm, həm də uşaqlıq dostum.

Bir də yaxın sirdaşım.

Gəlin köçdüyüm evdə mənim bacım, baldızım.

İşimdə müəllim dostum,yəni peşə həmkarım.

Axtarıram...

Səni mən evində, həyətində, ağacların altında,

Güllərin arasında, sənin geniş səkində .

Küncdə başında dudkeş qaynayan samovarı.

Əlində padnos dolu stəkan-nəlbəkini.

Mürəbbəni, konfeti, limon yanında qəndi.

“Dayan qoy süfrə salım”-deyən o xoş kəlməni.

Sevinirdin qapını açıb girən olanda.

“Gəlin içəri keçək axı həyətdə nə var?”

Təbiətin qoynunda ....

Birində də şaftalı.

Hələ Bakı şanısı: ağ üzüm, qara üzüm.

Hasar dibindən baxan o yasəmən ağacı,

Digər tərəfdə iydə

Yolun sağı-solunda qızılgül, bir də nərgiz.

Ax! Bu necə gözəllik!

Həyat və alın yazısı

Günlər günləri qovur, ömür keçir, gün keçir.

Amma sən artıq yoxsan, sanki heç olmamışsan.

Bəlkə, bunlar yuxudur dərin, cox dərin yuxu?

Bəlkə də, bunlar mənim beynimdə uydurduğum,

Tikib quraşdırdığım bir xəyal aləmiydi.

Bəlkə, sehirli nağıl, yoxsa da bir əfsanə,

Bəlkə, söylədiklərim, evində gördüklərim.

Sənin həyat yoldaşın, mənim Rəcəb qardaşım.

Qızın: Cəlış və Pəriş oğlanların: Turalla bir də

Rza sonbeşik.

Bacın və qardaşların.

“bacı”deyib ağlayan Tahirə əmiqızın, digər əmi qızların.

Xalan, bibin, əmidostun, yoxsa xalaqızların?

Hələ ər qohumların: Fatma,Yaxşı,Samirə

Bir də ki və sairə.

“Bibi” deyib axtaran mənim qızım, oğlum,

Sənə göz yaşı tökən ocağın gəlinləri.

“Xala , dostu”söyləyib səni hər gün səsləyən,

Bacının balaları, qaynının balaları, Dadaşın övladları.

Bir də onun xanımı.

Daha kimləri deyim, yaddan çıxan qaldımı?

Müəmmalı baxışlar.

“ Bacı”-deyib səsləyən qardaşlar və bacılar,

Qohumlar və qonşular, yaxınlar və uzaqlar.

Gözü yolda qalanlar, fikri səndə olanlar

Həyatın qanunudur...

Bir gün doğulan bir gün, sübhəsizki, gedəcək.

Allahın dərgahına , əzəli dünyamızda, əbədi dünyamızda.

Fəlak baxmaz lazımam dünyaya gətirdiyim oğuluma-qızıma

Səninlə addımlayan, sənin yanında olan, sənə sevgi bəxş edən

Ömür- gün yoldaşına .

Həsrətlə böyütdüyün Tural, Rza balana .

Yarım qalan işlərim...

Xonça,tabaq və güzgü, birdə nişan üzüyü.

Toy- düyün hazırlığı, siyahı tutulması

Dəvətlər, nələr, nələr ....

Ən əsası gəlninin ayağının altında kəsiləcək qurbanlar.

Quran altdan keçirmək, sonra boşqab sındırmaq.

Vaxtında görülməyən işlər, işlər və işlər.

Gerçəkliyin tapmayan, qurtarmayan arzular.

Yoxsan...

Evində, aramızda, bir də məktəbimizdə, sinif otaqlarında,

Şagirdlər arasında, müəllimlər otağında

Varsan...

Ürəyimdə ,qəlbimdə,bir də xəyallarımda .

Gecdir...

İndi vidalaşıram.

Sübh namazı gecikir.

“Kəlmələrim gəlməyir”- desəm yalan olardı.

Bitməyən, tükənməyən, mirvarıtək düzülən

Sözlərim hey axardı, axıb caya dolardı.

İndi...

İndi səni görməyə biz yenə gələcəyik.

Ancaq ünvan dəyişib,başqa nə dəyişib ki?

Sənin yeni məkanın ətrafinda qohumlar.

Əmin, atan və anan, sevimli əmidostun.

Sağımda və solunda ayağının altında

Qohumlar, əqrəbalar.

“Sağ ol!” Deyirəm sənə

Gözü arxada qalan,

Söz-söhbəti dillərdə, dodaqlarda bitməyən, məmim Rəhimə bacım!

Ürəyi geniş bacım, adın da ürəyintək sevimli arkadaşım.

İradə TALIBLI