Tramp Ərdoğanın ideyasını müsbət qarşılayıb

31 May 2019 20:18 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin tədarükü üzrə fikir ayrılıqlarının aradan qaldırılması üçün birgə işçi qrupu yaratmaq barədə təklifinə müsbət yanaşıb. Bu barədə Türkiyənin NTV telekanalına istinadla xəbər verir.

Bu arada Bloomberg” agentliyi Donald Trampın Türkiyə Prezidentinin belə komissiya qurmaq təklifini qəbul etdiyini bildirib. Bundan öncə Rəcəb Tayyib Ərdoğan iki dəfə analoji təklif irəli sürmüşdü. Prezidentlərin sonuncu telefon danışığı zamanı Tramp ilk dəfə olaraq bu ideyanı bəyəndiyini deyib.

Bir qədər əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy ölkəsinin Vaşinqtonun S-400 komplekslərinin çatdırılmasını təxirə salmaq xahişini qəbul etdiyi barədə KİV-lərdə yayılan məlumatı təkzib edib.