Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə olunub

31 May 2019 10:20 (UTC+04:00)

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

SİA-nın məlumatına görə, avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib.

Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.