“Krılya Sovetov”dan vacib qələbə

30 May 2019 23:44 (UTC+04:00)

Milli komandamızın üzvü Ramil Şeydayevin oynadığı “Krılya Sovetov” gələn mövsüm Rusiya Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçına çıxıb.

SİA xəbər verir ki, “ev-səfər” prinsipi ilə keçirilən oyunlardan birincisisində Samara təmsilçisi səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Şeydayevin komandası çox vacib hesab oluna biləcək 3:1 hesablı qələbə qazanıb. Start heyətində yer alan millimizin əsas hücumçusu sona qədər oynayıb.

Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu iyunun 2-də Samara şəhərində keçiriləcək.