Kabildə Marşal Fahim adına Milli Müdafiə Universiteti yaxınlığında törədilən partlayış nəticəsində azı 6 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. SİA Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın təhlükəsizlik xidmətindəki mənbələr məlumat yayıb.
Partlayışın müdavimlər universitetdən çıxarkən törədildiyi bildirilir.