"Real" 3 futbolçunu transferə çıxaracaq

30 May 2019 10:46 (UTC+04:00)

2018/19 mövsümündə qatıldığı bütün turnirlərdə uğursuz çıxış edən "Real" heyətində islahatlara başlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilk olaraq "Çelsi"dən Eden Hazard və "Ayntraxt"dan (Frankfurt) Luka Yoviçi heyətinə qatacağı deyilən "Kral Klubu" 3 futbolçunu transferə çıxaracaq.

İddialara görə, "Real" Qaret Beyl, İsko və icarə əsasında "Bavariya"da çıxış edən Xames Rodrigesi satmaq niyyətindədir.