Xalq artisti Niyaməddin Musayev rok konsertində səhnəyə çıxıb. SİA-nın məlumatına görə, klubların birində baş tutan konsertdə o, “Dədə-baba qrupu” ilə birgə “Dünya sənin, dünya mənim” adlı mahnısını rok janrında ifa edib.
Müğənninin ifası sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb.