Avropa Liqasının Bakıda keçirilən final görüşünün ən yaxşı oyunçusu müəyyənləşib.
SİA-nın UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Çelsi"nın yarımmüdafiəçisi Eden Hazard bu ada layiq görülüb.
Belçikalı futbolçu "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, bu, Hazardın "Çelsi"də son oyunu olub. Onun yaxın günlərdə Madridin “Real” komandasına transferinin rəsmən elan olunacağı gözlənilir.