Poroşenko ABŞ-dan şikayətlənib

30 May 2019 02:05 (UTC+04:00)

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko prezident seçkilərində ABŞ-ın ona yetərincə dəstək olmadığını bəyan edib. Bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.

“Poroşenko ona kifayət dəstək olmadığımız yönündə bizə şikayətləndi. Bizim cavab isə belə oldu: Biz insanları seçmirik. Biz prinsipləri və siyasəti dəstəkləyirik”, - deyə diplomat qeyd edib.