"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir. Türkiyə mətbuatının yazdığına görə, "qara qartallar" "Başakşəhər"in çalışdırıcısı Abdullah Avcı ilə razılığa gəlib. Razılığa əsasən, 55 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanacaq. A.Avcının artıq hazırkı klubu ilə yolları ayırmaq üçün danışıqlara başladığı bildirilib. Qeyd edək ki, "Beşiktaş"ı son olaraq Şenol Günəş çalışdırıb. O, bu mövsümün sonu klubdan ayrılıb.