Musiqili Komediya Teatrında yanğın olub

4 Fevral 2011 22:24 (UTC+04:00)

Bakı şəhəri, Səbail rayonunda Mədəniyyət və Turizm Nazirliyinə məxsus Musiqili Komediya Teatrının yerləşdiyi hazırda təmir işləri aparılan binanın divarlarına xaricdən quraşdırılmış taxta ayaqlıqlar 300kv.m sahədə yanıb. SİA-nın xəbərinə görə, hədisə yerinə cəlb olunan yanğınsöndürənlər teatr binasını yanğından mühafizə ediblər.

Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.