Gəncədə iş icraçısı qreyderin altında qalıb

4 Fevral 2011 21:47 (UTC+04:00)

Bakı-Qazax magistral yolunun 345-ci km-də iş qəzası ölümlə nəticələnib. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu gün saat 14.00 radələrində yolda təmir işləri aparan "Akkord" Şirkətlər Qrupunun işçisi Əliyev Mətləb Usub oğlu qreyderin altında qalaraq can verib. Ağır texnika mərhumun baş nahiyyəsini əzib.

Hadisə yerinə Gəncə şəhər polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Qreyderi şirkətin digər işçisi Samir Məmməd oğlu Sarıyev idarə edib.

İş icraçısı kimi çalışan Mətləb Əliyev Gəncə şəhəri 3 saylı Tibbi Yardım Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.