Cinayətkarları Samux rayon Suvarma Sistemləri İdarəsi rəhbərliyinin müraciətindən sonra ifşa etmək mümkün olub. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyatla Qurbanov Fərhad Məmməd oğlu, Qarabığov Xanlar Rəfael oğlu, Rəhimov Elşən Vidadi oğlu və Babaxanov Fərid Canpolad oğlu 20-030 nömrəli subartezian quyusuna quraşdırılan 250 metr uzunluğunda mis məftili oğurlamaqda təqsirli bilinərək istintaqa cəlb olunublar.
Aparılan dindirilmə zamanı saxlanılan şəxslər cinayəti etiraf ediblər. Onlar istintaqa ifadələrində misi dəmir alətlə kəsərək oğurlayıb və 875 manata satmaq istədiklərini bildiriblər.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə iş açılıb, araşdırma aparılır.