Qızılın qiyməti 20.90 dollar bahalaşıb

4 Fevral 2011 20:16 (UTC+04:00)
Qızılın ixracına dair fyuçerslərin qiyməti iki həftə ərzində maksimum həddə çatıb. SİA-nın məlumatına görə, Nyu-Yorkun COMEX ticarət birjasında qızılın ixracına dair aprel fyuçerslərinin qiyməti 20.90 dollar və ya 1.6 faiz bahalaşaraq troya unsiyasına görə 1353 dollar təşkil edib.

Qeyd edək ki bu göstərici ötən ayın 19-dan indiyə qədər ən yüksək göstəricidir. İki həftə bundan qabaq qızılın ixracına dair fevral fyuçerslərinin qiyməti maksumum həddə çatmışdı. Belə ki həmin dövrdə qızılın qiyməti 20.80 dollar bahalaşaraq 1352.30 dollar təşkil edib.

Nyu-Yorkun COMEX ticarət birjasında digər qiymətli metalların da qiymətində artım müşahidə olunub. Gümüşün ixracına dair aprel fyuçerslərinin qyməti 1.6 faiz, platinin qiyməti 0.8, palladiumun ixracına dair mart fyuçerslərinin qiyməti isə 1.2 faiz bahalaşıb.