Ötən il Samuxda 84 cinayət hadisəsi qeydə alınıb

4 Fevral 2011 01:45 (UTC+04:00)

Ötən il Samux rayonunda 84 cinayət hadisəsi baş verib. Törədilən cinayətlərdən 96 faizinin üstü açılıb.

Bu barədə SİA-nın bölgə müxbirinə Samux rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, qeydə alınan cinayətlərdən 76-sının üstü isti izlərlə açılıb.

Son bir il ərzində rayonda narkotik vaistələrin satışı və istifadəsinə dair 5 fakt aşkar edilib. Keçirilən əməliyyat tədbirləri ilə 10 kq 240,74 qram narkotik vasitə olan marixuana dövriyyədən çıxarılıb.