Kilian Mbappe mövsümün ən yaxşı bombardiri olub

25 May 2019 10:57 (UTC+04:00)

PSJ-nin futbolçusu Kilian Mbappe Fransa çempionatında 2018/2019 mövsümünün ən yaxşı bombardiri olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 20 yaşlı hücumçu cari mövsüm 33 qol vurub. Nikolya Pepe ("Lill") 22 qolla ikinci, Edinson Kavani (PSJ) 18 qolla üçüncü pillədə yer alıb.

Qeyd edək ki, Mbappe Fransa çempionatında 20 il ərzində ən yaxşı bombardir olan 6-cı fransızdır.