"İdlibdə kimyəvi silahlardan hücum edilməsi yalandır"

25 May 2019 02:20 (UTC+04:00)

"İdlibdə kimyəvi silahlardan hücum edilməsi yalandır." Bu barədə danışan Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

"Kimyəvi silahlardan hücum edilməsi barədə yalan xəbərlər artıq bizi təəccübləndirmir", - deyən Konaşenkov İngiltərədəki fırıldaqçıların sözügedən xəbərləri yaydığını söyləyib.