Ziyafət Əsgərov: “Serj Sarkisyan getsin, satdığı narkotiklərin pulunu xalqına versin”-ÖZƏL

3 Fevral 2011 23:39 (UTC+04:00)

Serj Sarkisyan getsin, satdığı narkotiklərin pulunu xalqına versin. Ter Petrosyan da həmçinin. Bunu SİA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə variantının olmayacağı ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin mövqeyində müharibə məsələsi həmişə gündəlikdə var və yeri gələndə reallaşacaq: "Bu bəyanatlar öz xalqını sakitləşdirmək məqsədi ilə deyilir. Bəli, biz sülhün tərəfdarıyıq. Amma müharibə variantını da gündəlikdən çıxarmamışıq. Bilirsiniz, o həddə qədər getməliyik ki, o həddən o tərəf yol yoxdur. O həddə biz artıq gəlib çatmışıq. Əgər indi Ermənistan yenə də danışıq xətrinə danışıq aparırsa və nəticə olmursa, bu zəmində biz əlbəttə ki, müharibə variantını gündəlikdən çıxarmayacağıq".

 

Ziyafət Əsgərov həmçinin "WikiLeaks" saytında Dağlıq Qarabağ və Ermənistandan Avropaya narkotik daşınması ilə bağlı yer alan məlumatlara da münasibət bildirib: "Dağlıq Qarabağ və Ermənistandan Avropaya narkotiklərin daşınmasında bilavasitə Sarkisyanın və qardaşının əli var. Yəni bu monopoliyadır və ölkə rəhbərliyinin əlindədir. Dünya birliyi də bunu bilir. Getsinlər, cəzalandırsınlar".