"WikiLeaks" saytında yeni şok məlumatlar dərc olunub. SİA-nın "Panarmenian" saytına istinadən verdiyi xəbərə, WikiLeaks-in yaydığı məlumatların ən əsas məzmununu İrandan Cənubi Qafqaz ölkələri vasitəsilə Rusiya və Avropaya narkotik daşımalarına aiddir. Belə ki, dərc olunan sənədlərdə bildirilir ki, İrandan Qara dəniz regionuna narkotik Dağlıq Qarabağ ərazisi və Ermənistandan keçməklə daşınır.
Materialda Ermənistanın yüksək rütbəli məmurlarının, həmçinin ilk prezidenti Levon Ter-Petrosyanın İrandan narkotik daşımalarından gəlir götürdüyü də qeyd olunur.