"Bu günədək rəssamla bir neçə layihə həyata keçirilib" - Açıqlama

23 May 2019 10:46 (UTC+04:00)

"Heydər Əliyev Mərkəzində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin sərgisinin təşkili əlamətdar hadisələrdəndir. Görkəmli rəssamla Heydər Əliyev Fondunu və Heydər Əliyev Mərkəzini uzun illərdir dostluq və əməkdaşlıq əlaqələri bağlayır". SİA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib.

O, əlavə edib ki, bu günədək rəssamla bir neçə layihə həyata keçirilib: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli rəssam “Dostluq” ordeninə layiq görülüb. Onu bu münasibətlə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq".