Neftçala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

23 May 2019 10:01 (UTC+04:00)

Neftçala rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində qeydə alınıb.

Magistralda hərəkətdə olan mikroavtobus qabaqda gedən “Kamaz” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Ölənlərin meyiti müayinə olunmaq üçün Salyan morquna aparılıb. Xəsarət alınanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.