Kolumbiyada kömür mədənində qəza baş verib

3 Fevral 2011 18:40 (UTC+04:00)

Kolumbiyada fəaliyyət göstərən kömür mədənlərindən birində partlayış baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Kundinamarka departamentində qeydə alınan hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisənin başvermə səbəbi araşdırılır.

 

Qeyd edək ki, baş vermiş qəza son günlər ərzində Kolumbiyada kömür mədənlərində qeydə alınmış ikinci analoji hadisəsidir.