BMT Baş katibi Belorus rəhbərliyini demokratiya və insan haqlarının aliliyinə əməl etməyə çağırıb

3 Fevral 2011 10:44 (UTC+04:00)

BMT Baş katibi Pan Ki-Mon, Belorus rəhbərliyini demokratiya, insan haqları və hüququn aliliyinə əməl etməyə çağırıb.

SİA-nın xəbərinə görə, BMT nümayəndəliyi tərəfindən verilən açıqlamada, baş katibin, Belorusda son dönəmdə jurnalistlərin, qeyri-hökumət təşkilatı üzvlərinin və müxalifət liderlərinin saxlanılmasından narahatlıq duyulduğu qeyd edilib. Baş katib Pan Ki-Monun saxlanılan şəxslərin təcili azadlığa buraxılması və hüquq qaydalarına əməl edilməsi üçün çağırış etdiyi də bildirilib.

Xatırladaq ki, ABŞ, Minsk rəhbərliyinin, dekabr ayında keçirilən mübahisəli prezident seçkilərindən sonra keçirilən nümayişləri gücdən istifadə etməklə yatırması halında bu ölkəyə sanksiyalar tətbiq edəcəyini açıqlamışdı.

Avropa Birliyi də, Belorus prezidenti Aleksandr Lukaşenko və digər yüksək səviyyəli rəhbərlərin pul hesablarını donduraraq viza qadağası tətbiq etmişdi. Belorusa tətbiq edilən sanksiyalara reaksiya verən Rusiya isə, Avropa Birliyini sankiya qərarlarını yenidən nəzərdən keçirməyə çağırmışdı.