İrlandiya rus diplomatını deportasiya edib

3 Fevral 2011 10:26 (UTC+04:00)
İrlandiya vətəndaşlarının kimlik bilgilərini oğurlamaqda ittiham etdiyi bir rus diplomatını deportasiya etməyə qərar verib. SİA-nın xəbərinə görə, ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada rus agentlərin altı irlandiyalının şəxsiyyət vəsiqələrini oğurladığı və bunlardan casusluq məqsədilə istifadə etdiyi bildirilib. Açıqlamada deportasiya ediləcək rus diplomatın kimliyi və ölkəni və zaman tərk edəcəyi haqda məlumat verilməyib.