Yaddaşlardan silinməyən “yad daşlar”

20 May 2019 15:37 (UTC+04:00)

Tariximiz çox keşməçeşlərdən keçib. Hünər dolu illərimiz, əsrlərimiz də olub, hünərimizdən qürrələnib özünü ancaq hökmdarlıq kürsüsündə görəcək, vətəni, “mənəmlik” iddialarına qurban verənlər də, şəxsi “mən”ini milli varlığımızdan üstün tutub, yadların qoltuğunana sığınıb, millətinə düşmən kəsilənlər də! Bir sözlə, qədim bir xalq olaraq, qərinələr boyu həm yadlar, həm də içimizdən olan haram süd əmənlər tərəfindən çox zərbələr almışıq. Millətimiz tarix boyu, elə dəyərli şəxsiyyətlər yetirib ki, onlar təkcə öz millətinin deyil, bəşəriyyətin inkişafı üçün misilsiz töhfələri ilə dünyanın diqqətini cəlb etmişlər. Fəqət, bütün bunlarla yanaşı, qanı kimdən olduğu bilinməyən, amma özünü bu millətdən hesab edən, elə zatıqırıqlar da yetirib ki, bu millət,əməlləri millətə zərər vurmaqla yanaşı, özlərinə nifrət qazandırmağa xidmət etmiş və xidmət etməkdədir. Qürurla xatırladığımız yüzlərlə, minlərlə qeyrət simvoluna çevrilmiş şəxsiyyətlərimizlə yanaşı, nə qədər arzuolunmaz olsa belə, belələrinin də olması labüddür və qaçılmazdır. Çünki biz min illər boyu yadların maraq dairəsində olmuşuq, bu gün də maraqlar dairəsindəyik. Belədə, bütün xalqlarda olduğu kimi, bizim içimizdə də haram süd əmmişlərin olmaması mümkün deyil və həmin maraqlılar üçün də onlar ən rahat yemdir ki, günümüzdə bunun şahidi oluruq. Yəni deməyim odur ki, yaddaşlarımızda nə qədər qürurveruci tariximizin olmasına baxmayaraq, utanc gətirən tarixi məqamlarımız da yox deyil və millətin yaddaşına “yad daşlar” kimi hopmuş belə nacinslər ucbatından tarixdə almadığımız zərbələr qalmayıb. Babək Xürrəmdin hərakatı həmin “yad daşlar” hesabına xəyanətə qurban getmədimi? Şah İsmayıl Xətainin qurduğu Səfəvi imperiyasının dağıdılması və parçalanması, nəticədə, ruslarla farslar arasında bölünməyə məruz qalması da belə “yad daşlar”ın “fəaliyyətləri”nin ikrah doğuran nəticəsi olmadımı? Yaddaşlara hopan bu “yad daşlar”ın indiki günümüzdəki davamçılarının da olması, gərəkdir ki, təbii qarşılansın və təəccüb doğurmasın. Həmin zatıqırıqların törəmələridir ki, genlərində daşıdıqları milli ləyaqətsizlik sindromunu bu gün də ortaya qoyurlar. Fərq ondadır ki, o zamanların xəyanət üsulu başqa, bir az abırlı-həyalı idi, indinin xəyanət üsulu isə, açıq-aşkar, abır-ismət bilmədən törədilən əməllərdən ibarədir. Yenə rəhmətlik Şükür kişinin bir deyimi yadıma düşdü. M.Qorbaçov SSRİ-yə rəhbərlik edən zaman ölkədə rüşvət yeni forma almışdı. Bir gün Şükür kişi adəti üzrə belinə (yəni “lopatka”sına) söykənib gülümsünə-gülümsünə dedi: Ay camaat, məni qınamayın, əvvəllər bu rüşvət qız uşağı kimi abırlı-həyalı idi. Xəlvət verilirdi, alıb-verəndən başqa, heç kim bilmirdi. İndi rüşvət olub ...(«əxlaqsız» sözünün sinonimini işlətdi) kimi bir şey. Kim kimə gəldi rüşvət verir, hamı da bilir! Rəhmətliyin sözü olmasın, keçmişdə xəyanəti də bir az abır-ismətlə edərdilər ki, nəsli var, kökü var, qırıq da olsa, zatı var! El bilər, nəslin hamısına nifrət eliyər. İndi milli satqınlıq olub Şükür kişi deyəndən. Bütün millət də, özləri də, özləri kimi nacins yaxın qohum-əqrəbaları da bilir ki, bu yol milli xəyanət yoludur, amma yollarından dönmək əvəzinə, iri addımlarla irəliləyirlər, bununla da fəxr edirlər. Yəni elə Avropadakı zənənlər və zənənəbənzərlər (oxu: geylər) kimi, bu əməllərindən də zövq alırlar. Burası belə. Yaxşı, içimizdə özünü müxalifət kimi ortaya atanlarımız niyə bu fakta, nəinki susur, hələ bir dəstək də verir? Deyək ki, bu millətin düşmənləri həmin zatıqırıqlardan istifadə edib, Azərbaycanı elədilər özlərinin vassalı (arzuları gözlərində qalar, inşaallah). O zaman vassal ölkədəmi hakimiyyət olmaq istəyəcəklər? Axı müxalifətin siyasəti hakimiyyətə gəlməyə yönəlir! Yəni xaricdən ölkəyə uzanan əllərin indiki hakimiyyətə deyil, ümumən Azərbaycan xalqına və dövlətinə uzandığını görmürlərmi? Görmürlərsə, kordurlar, görüb susur, hələ bir onlara züy də tuturlarsa, deməli, milli nankorlardı. Elə milli nankorluq da “yad daş” daşıyıcısı olmaq deməkdir. Yəni bu torpağın suyundan, havasından, torpağından deyil, yad havadan, yad sudan, yad torpaqdan yoğrulub, sadəcə, burulğanlar vasitəsilə bu ölkəyə düşüblər. Dilimizi də öyrənib, özlərini bizim daşlar kimi təqdim edirlər. Belələrini istər xaricdə olsun, istər daxildə, hamısını yığıb çınqıl aqreqatının ağzına vermək gərək. Çınqıl aqreqatı onları elə üyüdüb quma çevirməlidir ki, həmin qırıq zatların kökü birdəfəlik qırılsın.Vəssalam!

Təhmasib Novruzov