"Mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” Əbülfəs Qarayev

20 May 2019 13:06 (UTC+04:00)

“Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar Azərbaycanın bütün mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bununla bağlı Mədəniyyət Nazirliyində iclas keçirilib: “Bu gün səhər bu məsələ və digər tədbirlərlə bağlı iclas keçirilib və tapşırıqlar verilib. Ümumilikdə, respublika üzrə muzey və teatr müəssisələri yayın ortasına qədər fəaliyyət göstərəcək və daha sonra tətilə çıxacaq”.