Petro Poroşenko: "Siyasətdən getməyəcəm"

20 May 2019 04:02 (UTC+04:00)

Ukrayna Prezidenti Petro Poroşenko siyasətdən getməyəcəyini və dövlətin Avropaya inteqrasiyası yolunda fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Ukrayna Prezidentinin rəsmi saytında yer alan məlumata görə, dövlət başçısı Ukraynanın NATO və Avropa İttifaqı kursundan geri çəkilməsi siyasətinə qarşı çıxacağını deyib. O, yeni hökumətin Ukraynanın Avropaya inteqrasiyası istiqamətində fəaliyyətini tam dəstəkləyəcək.

Qeyd edək ki, mayın 20-da Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçiriləcək. Bununla da P.Poroşenkonun prezidentlik səlahiyyətlərinə xitam veriləcək.