Şamaxıda maşın yoldan çıxaraq aşıb
19 May 2019 11:30 (UTC+04:00)
Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın məlumatına görə, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km.-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb.
Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.