"Sarı jiletlər” etiraz aksiyasına 15 mindən çox nümayişçi qatılıb

19 May 2019 10:18 (UTC+04:00)
Fransada "Sarı jiletlər" etiraz aksiyasının 27-ci aktında Daxili İşlər Nazirliyinin hesablamasına görə 15 500, "sarı jiletlər"in hesablamasına görə isə 40 mindən çox nümayişçi olub. SİA-nın məlumatına görə, Parisdə 1600 nümayişçi olduğu bildirilir. "Sarı jiletlər" etiraz nümayişinin 27-ci aktının episentri Nansi və Reyms şəhərləri olub. Polis və nümayişçilər arasında qarşıdurmada, gözyaşardıcı qazdan və polis dəyənəyindən istifadə olunub.