Türkiyənin İstanbul şəhərində İran konsulluğunun qarşısında etiraz aksiyası keçirilib. SIA-ya verilən məlumata görə, aksiyada Beynəlxalq Diaspor Mərkəzinin (BDM) İstanbul təmsilçiliyi ilə yanaşı Türkiyədəki Azərbaycan dərnəkləri, tələbələr və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Aksiya iştirakçıları İranın Azərbaycanın daxili işlərinə qarışmasına və İran tərəfindən Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı yardımlar göstərilməsinə etiraz ediblər. Aksiyada "Azərbaycandan əl çək", "İşğalçıya yardım etməyin", "Ermənistana yardım edib, onlara cəsarət verməyin", "İran, şaşırma, sabrımızı daşırma", "Qarabağ türkündür" kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçıları tərəfindən qətnamə oxunmuş və İran konsulluğunun qarşısına qara çələng qoyulub. Etiraz aksiyasında BDM sədri İsmayıl Ağayev iştirak edib.