Zelenskinin andiçmə mərasimində 60 ölkənin rəsmiləri iştirak edəcək
19 May 2019 09:20 (UTC+04:00)
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və nazirləri iştirak edəcək.
SİA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yekaterina Zelenko məlumat verib. Onun sözlərinə görə, andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstanın prezidentləti, Türkiyənin vitse-prezidenti, Moldovanın Baş naziri, Belarus, Rumıniya, Slovakiya, Bolqarıstanın Baş nazirlərinin müavinləri, ABŞ-ın enerji, Kanadanın müdafiə, Fransanın Avropa məsələləri üzrə nazirləri, Polşanın xarici işlər naziri iştirak edəcək.
Bundan başqa 40 ölkənin yüksək hökumət nümayəndələrinin iştirakı təsdiqlənib.
Qeyd edək ki, Zelenskinin andiçmə mərasimi mayın 20-də səhər saat 10:00-da Ukrayna Ali Radasında başlayacaq.