İngiltərədə Roma imperiyasına aid nadir sikkələr tapılıb

18 May 2019 23:59 (UTC+04:00)

İngiltərənin Kembricşayr bölgəsində yol təmiri zamanı Roma dövrünə aid nadir sikkələr tapılıb.

SİA “Azərtac”a istinadən xəbər verir ki, tapılan sikkələr eramızdan əvvəl 269-cu ildə Romaya iki aylıq hökmranlıq etmiş Korneli Lelianın dövrünə aiddir.

Tapıntılar haqqında danışan aparıcı arxeoloq Stiv Şerlok deyib: “İmperator Lelian hakimiyyətdə çox az müddətdə olduğu üçün onun dövrünə aid belə nadir sikkələri tapmaq bizə qürur verir. Lakin, sikkələrin bura necə gəlib çıxdığı haqqında heç bir məlumatımız yoxdur”.