Türkiyə çempionatında 33-c turun oyunları davam edir.
Bu gün turnir cədvəlinin dördüncü pilləsində yer alan “Trabzonspor” komandası üçüncü sıradakı “Beşiktaş”la qarşılaşıb.
SİA-nın məlumatına görə, 3-cü yer uğrunda mübarizə aparan komandaların qarşılaşmasında “Trabzonspor” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Oyunda hesabı 53-cü dəqiqədə Filip Novakın baş zərbəsi ilə vurduğu qolla meydan sahibləri açıblar. 74-cü dəqiqədə isə beşiktaşlı Şhinji Kaqava hesabı bərabərləşdirib. Bundan üç dəqiqə sonra “Trabzonspor” hesab arasındakı fərqi artırıb. Yusuf Yazıcı komandasının qələbə topunu vurub – 2:1.
Beləliklə, bu oyundan sonra xallarının sayını 60-a çatdıran baş məşqçi Ünal Karamanın komandası Türkiyə çempionatında dördüncü sıradakı mövqelərini möhkəmləndirib.
Turun digər oyununda “Antalyaspor” komandası “Yeni Malatyaspor”a 3:0 hesabı ilə qalib gəlib. "Antalyaspor"un qollarına 45-ci dəqiqədə Alpsoy, 55 və 65–ci dəqiqələrdə isə Erdinc imza atıblar.
Hazırda turnir cədvəlində “Qalatasaray” və “Başakşəhər” 66 xalla birinci-ikinci yerləri bölüşürlər. 33-cü tur çərçivəsində mayın 19-da İstanbul derbisində “Qalatasaray” “Başakşəhər”i qəbul edəcək. Bu oyunun qlibi sonuncu turun nəticəsindən asılı olmayaraq Türkiyə çempionluğunu qazanacaq.