15 rayonda pambıq əkini uğurla başa çatıb

18 May 2019 16:13 (UTC+04:00)

“Azərpambıq ASK” MMC tərəfindən bu mövsüm respublikanın 15 rayonunda 29001 hektarda pambıq əkilməsi qarşıya məqsəd qoyulub və səpin kampaniyası uğurla başa çatdırılıb. Cəmiyyətin mətbuat katibliyindən SİA-ya bildiriblər ki, hazırda sahələrdə yaxşı çıxış alınıb və müvafiq becərmə işlərinə başlanılıb.

“Azərpambıq ASK” pambıqçılığın inkişafına nail olmaq üçün məhsuldarlığın artırılmasına xüsusi önəm verir.