Ölkədə 8,3 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub

18 May 2019 15:16 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 8,3 milyard kubmetr təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, bu həcmin 72,4 faizi hasilatın, 27,6 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Ehtiyatların 43,7 faizi ölkə daxilində istehlak edilib, 41,5 faizi ixrac olunub, 4,8 faizi itkiyə gedib, 10 faizi isə aprelin 1-i vəziyyətinə ehtiyat kimi qalıb.