Birinci rübdə 341 min tonadək dizel yanacağı istehlak edilib

18 May 2019 12:56 (UTC+04:00)

Azərbaycanda birinci rübdə 340,8 min ton dizel yanacağı istehlak olunub. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, yanvar-mart aylarında, həmçinin ölkədə 309,9 min ton avtomobil benzini, 88,7 min ton aviasiya üçün və sair ağ neft, 81 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 37,9 min ton maye qaz, 25,4 min ton neft bitumu, 12,4 min ton sürtkü yağları istehlak edilib.