Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandasının yeni baş məşqçisinin kimliyi müəyyənləşib. SİA Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandamızı 57 yaşlı italiyalı Covanni Kaprara çalışdıracaq. O, səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevin yerini tutub.
Qeyd edək ki, Kaprara daha öncə Rusiya və Yunanıstanın qadınlardan ibarət voleybol millilərinin baş məşqçisi olub.