Beynəlxalq Muzeylər Günü qeyd olundu - TƏDBİR-FOTOLAR

17 May 2019 14:13 (UTC+04:00)

Bu gün “18 may - Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən, yeni təmirdən çıxmış korpusunda geniş ictimaiyyət üçün açılış mərasimi ilə qeyd olunub.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev və müzey direktorları çıxış edib. Nazir bildirib ki, bu binada olduqca dəyərli eksponatlar var: “Bu muzey, eləcə də mədəniyyətimiz daim ölkə rəhbərinin diqqət mərkəzində olub. Cənab Prezident muzeyə baxış keçirib və bizə dəyərli məsləhətlərini verib. Biz Muzey Gününü ictimaiyyət arasında daha da çox təbliğ etməliyik və bu istiqamətdə uğurlu addımlar da atmışıq”.

Daha sonra bir neçə müzey direktorları fəaliyyətinə görə diplomla təltif edilib.