ETSN-də görüş keçirilib

17 May 2019 13:12 (UTC+04:00)

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Serbiya Respublikasının Kənd Təsərrüfatı, Meşəçilik və Su Təsərrüfatı Nazirliyinin dövlət katibi Senad Mahmutoviç ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Serbiya arasında meşəçilik və su təsərrüfatı sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.