Ronaldo iftar süfrəsi üçün Fələstinə 1.5 milyon dollar yardım edib

16 May 2019 15:47 (UTC+04:00)

"Yuventus”un hücumçusu Kristiano Ronaldo səxavəti ilə növbəti dəfə gündəmə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, portuqaliyalı superulduz Ramazan ayı münasibəti ilə Fələstinə 1.5 milyon dollarlıq yardım edib. Həmin vəsaitin iftar yeməklərinə xərclənəcəyi bildirilir.

Qeyd edək ki, bu, Ronaldonun Fələstinlə bağlı ilk xeyirxah addımı deyil. O, 2014-cü ildə də sözügedən ölkəyə 2 milyon dollar bağışlamışdı.