İcra başçısına "güllə"li mesaj

16 May 2019 12:54 (UTC+04:00)

İtaliyanın Turin şəhərinin meri Kyara Appendinoya zərfdə güllə göndərilib. SİA xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

Appendino bildirib ki, zərfi açanadək içərisindəkindən xəbəri olmayıb: “Çox yaxşı bilirəm ki, məni qorxutmaq cəhdi heç bir effekt verməyəcək. Bu cür hərəkətlər məni öz vəzifəmi daha da əzmlə yerinə yetirməyə həvəsləndirir”.