Yeni mədəniyyət saytı təqdim olunacaq - ÖZƏL

16 May 2019 11:51 (UTC+04:00)

18 may-Beynəlxalq Muzeylər Günü münasibəti ilə sabah yeni mədəniyyət saytı təqdim olunacaq. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçiriləcək.

Məlumat üçün bildirək ki, saytın sadə, eyni zamanda, zövqlə yaradılmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün hazırlanıb.