Filippin Kanadadakı səfirini və konsullarını geri çağırıb

16 May 2019 11:50 (UTC+04:00)

Filippin Kanadadakı səfirini və konsullarını geri çağırıb. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, buna səbəb 2013-ci ildə Filippin ərazisinə Kanadadan qanunsuz olaraq gətirilən zibillərin yığılmaması olub. Bu barədə "Rappler" portalı xarici işlər naziri Teddi Loksinə istinadən xəbər verir.

"Dünən, Kanadadakı səfir və konsulların geri çağırılması haqqında məktublar göndərilib. Onların bir-iki gün ərzində qayıtması gözlənilir", - deyə xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, Kanada son tarix göstərilən 15 maya qədər tədbir görməyib: "Kanadaya aid zibil gəmisi geri qayıdana qədər bu ölkədəki diplomatik fəaliyyətimiz normal şəkildə davam etməyəcək".