Türkiyə: "Yunanıstan terror təşkilatları üçün təhlükəsiz bir sığınacaq olub"

16 May 2019 04:03 (UTC+04:00)

Yunanıstan DHKP və FETÖ kimi terror təşkilatları üçün təhlükəsiz bir sığınacaq olub. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib. Aksoy Yunanıstanın terrorizmlə mübarizədə doğru hərəkət etmədiyini və qərarın qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, Yunanıstan Türkiyə İnqilabçı Xalq Qurtuluş Partiyasının (DHKP) 9 üzvünün azadlığa buraxılması barədə qərar verib.