Bakıda avtomobil 26 yaşlı gənci vurub

16 May 2019 03:06 (UTC+04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report xəbər verir ki, hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən "Günəş Petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərəcov Firuz Zaur oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Ona sol çanağının əziyi diaqnozu qoyulub və ambulator müalicəyə göndərilib.