Əhmədlidə 33 yaşlı qadını maşın vurub

15 May 2019 23:05 (UTC+04:00)

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. "Report" xəbər verir ki, hadisə Əhmədlidə qeydə alınıb. "Xəzər" univermağının yaxınlığıında "Mercedes" markalı, 90-OR-007 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Fətəliyeva Əminə Fikrət qızını vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona qarın və belin küt travması diaqnozu qoyulub.