Korsikaya güclü qar yağıb

15 May 2019 18:31 (UTC+04:00)

Mayın 15-nə keçən gecə Fransanın Korsika adasında dağ aşırımlarına güclü qar yağıb. SİA BFMTV telekanalına istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Vitsano dağ aşırımında Ayaçço və Bastiya şəhərlərini birləşdirən şose avtomobillər üçün bağlanıb.

Telekanalın məlumatına görə, on gün bundan öncə Fransanın cənub-şərqindəki bəzi departamentlərdə termometrlər mənfi dərəcəni göstərirdi.